Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start verilib.
RePost.Az-ın məlumatına, C qrupunda mübarizə aparan "Qarabağ” gəncləri Madrid "Atletiko"sunun qonağı olub.
Görüşdə cəmi bir qol qeydə alınıb - 45-ci dəqiqədə Deda Ağdam təmsilçisinə tarixi qələbə qazandıran qola imza atıb.
Xatırladaq ki, "Qarabağ" bundan əvvəl "Çelsi”yə 0:5, "Roma”ya 0:3, "Atletiko”ya isə 1:5 hesabı ilə məğlub olmuşdu.
RePost.Az