“Tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra metodik olaraq Səhiyyə Nazirliyinin tabeliyində olacaq. Sadəcə onların maliyyələşməsinin mexanizmində dəyişiklik baş verəcək”.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
 
Onun sözlərinə görə, dövlət tibb müəssisələrində heç bir ödənişli əsasla xidmət göstərilməyib: “Lakin indi icbari tibbi sığortaya keçdiyimiz ərəfədə tibb müəssisələrinin xüsusi hesablarının olmaması onların fəaliyyətində problem yarada bilər. Buna görə də tibb müəssisələri publik hüquqi şəxsə çevrilirlər. Bununla da, onlar həm büdcədən, həm də digər mənbələrdən maliyyələşə biləcəklər”.
 
Yevlax və Mingəçevirdə icbari tibbi sığorta ilə bağlı pilot layihələrin həyata keçirildiyini xatırladan nazir müavini qeyd edib ki, ola bilsin gələn ildən Azərbaycanda icbari tibbi sığortanın arealı genişlənsin: “Tibbi sığorta həssas məsələdir. Ola bilsin ki, gələn ildən ölkədə tibbi sığortanın arealı genişlənə və ya bütün ölkəyə tətbiq oluna bilər”.
 
RePost.Az

Baxış sayı: 3675 | Tarix: 15.11.2017
Bizi Telegramda izləyin: @repostaz