Digər Xəbərlər
Bundesliqanın 16-cı turu başa çatdı.
RePost.az-ın məlumatına görə, turun ən maraqlı qarşılaşması "Bayern Munich" "RasenBallsport Leipzig" olub.
Görüşün ilk hissəsinin əvvəllərində "Bavariya" oyunu öz xeyrinə dəyişə bilib. Vurduğu 2 qolla irəli çıxan "Bavariya" daha rahat oynamağa "RasenBallsport Leipzig"-in oyunçusuna 30-cu dəqiqədə qırmızı vərəqə göstəriləndən sonra başladı.
İkinci hissədə də meydan sahibləri diqtə edən tərəf olub. Belə ki, "Bavariya" 3-cü qolunu penaltidən vurub.
Bu qələbə sayəsində "Bavariya" xallarının sayını 39-a çatdıraraq çempionatın vahid lideri olub.
RePost.az