“Qarabağ”ın hücumçusu Dino Ndlovu İngiltərə mətbuatına müsahibə verib. Cənubi afrikalı futbolçu həyatından danışıb. 
 
O, futbolu ilk oynamağa başladığı illəri xatırlayıb: “Mən küçələrdə futbol oynamağa başladım. 16 yaşında peşəkar bir akademiyaya keçmək şansım var idi. Amma anam tək qalmaq istəmədiyi üçün bunu etmədim. Qardaşım da həmin vaxt mədəndə işləyirdi. Sonra daha bir şans yarandı. “Platinum Start” yarışmasında seçilənlərdən biri oldum. Lakin seçimdən sonra Yohannesburqa getməli idim. Bu məcburiyyət idi. Onlar məndə potensial görmüşdülər. Mən gənclər komandası üçün qollar vururdum.
 
Artıq müqavilə təklif etmişdilər. Bu müddətdə qalacağım yer yox idi. Pulum da yox idi. Ona görə də qatar stansiyasının vanna otağında yatırdım. Heç peşman olmadım və müqavilədən sonra pul qazanmağa başladım. Birdən-birə pul qazanmaq məni özümdən çıxardı. Ancaq pul xərcləmək haqqında düşünürdüm və oyunuma fikir vermirdim. Nəticədə formadan düşdüm. Diqqətsizlik etdim, çox oynamadım və bütün günü dostlarımla əylnirdim. 2011-ci ildə klub müqaviləmi yeniləmədi. O zaman həyat yoldaşım qızıma hamilə idi. İşim yox idi. Anamı ailəmi dolandıra bilmirdim. Özümü çətinliyə saldım və qərar verdim ki, vəziyyəti düzəldəcəm. Menecerim mənimlə və ailəmlə danışdı. Cənubi Afrikadan kənara çıxmalı olduğumu bildirdi. İstedadıma əmin idim. Cəmi iki gün sonra “Bney Yehuda” ilə müqavilə imzaladım. İsraildə həqiqətən çox yaxşı idim. “Makkabi” (Hayfa) məni istədi. 1,5 milyon dollar qazanırdım. Oradakı müqavilədə gördüyüm rəqəmlər çox idi. Bir il yarımdan sonra hər şey tamam başqa idi”
 
Ndlovu “Qarabağ”a keçidindən də danışıb: “Kiprdə oynayanda “Qarabağ”dan təklif gəldi. Həmin vaxt “Antalyaspor” və “Gənclərbirliyi” məni heyətində görmək fikrində idi. Yunanıstandan da təklifim var idi. Amma titullar qazanmaq üçün “Qarabağ”ı seçdim. Cənubi Afrikada oynayan hər kəs Çempionlar Liqaasında çıxış etmək istəyir. Supermarketdən bu hissləri ala bilməzsiniz. Çalışmaq və Avropaya yollanmaq kimi məcburiyyətiniz var. Karyeramın ən doğru seçimlərindən biridir”.
 
 
Afrikalı forvard Çempionlar Liqasında “Çelsi”yə 0:6 hesablı məğlubiyyətdən söz açıb: “Mən böyüdüyümdə ilk azarkeşlik etdiyim komanda “Barselona” idi. Sonra isə “Çelsi” fanatı oldum. Bu klubu çox sevirdim və kumirim Didye Droqbadır. Bir afrikalı futbolçu mənim sevimli komandamda xaruqələr yaradırdı. Droqba və Lempard möhtəşəm idilər. Onlar hələ də nəsə götürməyə çalışdığım oyunçulardır. Makkarti və Droqba ən heyranedici idilər. Makkarti mənim bütlərimdən biri idi. Biz həmişə matçları qazanmağa çalışırıq. “Çelsi”yə qarşı heç-heçə haqqında da düşünmürdük. Bu oyunda qalib gəlmək istəyirdik. Oyunumuzdan və özümüzdən əmin idik. Səfərdə 0:6 uduzduq. Amma evdə daha yaxşı olacaq. Doğma stadionumuzda oynamaq möhtəşəm hissdir. 69 min bilet satılıb. ÇL-də oynayan klub üçün normaldır. Səfərdə uduzduğumuz oyun isə məktəbdə ilk gün kimi idi. Çünki həmin gün çətin keçir və sonra özünü rahat hiss edirsən. “Çelsi”dən qorxmuruq amma onlara hörmət edirik. Onlara televiziyadan gördüyümüz ulduzlar kimi yanaşırdıq. Fikrimcə, peşəkarlar kimi davranmadıq. Həmin gün hədəflər baxımından çox şey itirdik. Həmin gündən sonra kim olduğumuzu bir də düşündük və daha yaxşı futbol oynayacağımız qənaətinə gəldik. Bizim üçün heç nə hələ bitməyib. Qarşıdakı iki oyunda nəsə qazanmaq niyyətindəyik”.
 
27 yaşlı forvard London klubunun heyətindən danışıb: “Sesk Fabreqas, Kante, Eden Azar – bu oyunçuları bir kənara itələməyə çalışmaq olur. Amma onlar çox güclü, ağıllı və sürətlidirlər. Düşünürsünüz ki, onlara qarşı nəsə edə bilərəm. Amma nəsə baş verir və bu futbolçular topu qazanırlar. Azərbaycan çempionatında bunu görmürük. Çempionlar Liqasında rəqabət üçün lazım olan taktikaları öyrənirsiniz və bu sizə kömək edir. Həqiqədən son iki matç fərqli oalcaq. İngiltərədəki oyundan sonra Eden Azar və ya Mişi Batuşayi ilə formamı dəyişdirmək istədim. Amma Qurban Qurbanovdan qorxdum. Çünki onun xarakteri belə şeylərə yol vermir. Düşündüm ki, 0:6-dan sonra bunu etmək düzgün deyil. İkisi ilə də danışdım və köynəklərini ala bilərdim. Amma Qurban Qurbanov qəzəblənəcəkdi. 0:6-dan sonra öz formama hörmət etməli olduğumu fikirləşdim. Amma yenə də onların formasını istəyirəm”.
 
Ndlovu Azərbaycanı ölkə kimi də bəyəndiyini qeyd edib: “Hər hansı bir futbolçunun xəyal edəcəyi qədər yaxşı ölkədir. Bakı böyük şəhərdir. Bakı olmadan Azərbaycan yox kimidir. Azərbaycanın gələcəyi bu paytaxt şəhərindədir. Ailəm burada xoşbəxtdir, qızım məktəbə gedir. Çox açıqfikirli insanları var. Cinayət dərəcəsi aşağıdır. Burada yaşaamq üçün təzyiq yoxdur. Təzyiq yalnız “Qarabağ”ın heyətində meydana çıxanda olur. Futboldan başqa hər şey yelkənli gəmidir. Çempionlar Liqasına vəsiqə qazanacağımıza şübhə etmədik.
 
Yaxşı məşqçilər heyətimiz var. Onların xarakteri şübhələrə yer qoymur. Son 5 mövsümdür ki, bu komandada heyətdə ciddi dəyişikliklər olmur. Bu da çox önəmli amildi. Biz bilirik ki, komandamızın büdcəsi “Çelsi”nin 1 oyunçusunun maaşına bərabərdir. Və ya 11 futbolçunun qiyməti onların 1 oyunçusu ilə bərabər olar. Ammayenəd ə ümidimiz üzmürük. Dünyada çoxlu pul qazana bilərsən, amma mübarizə başqadır. Meydanda pullar oyanmır. Biz rəqiblər fərdi döyüşə gedirik. Təcrübəmiz var və bundan məmnunuq. Meydançada əlimizdən gələni edəcəyik. Böyük stadionlarda, gözəl şəhərlərdə mübarizəmizi aparırıq. Bizim oyun stilimiz evdə “Barselona” ilə müqayisə oluna bilər. Biz oyunun idarəsini əla alırıq və rəqiblər bizi avtobusla qarşılayır. “11-lik”dəki bütün futbolçularımız beynəlxalq oyunçulardır və milli komandalarında çıxış edirlər. Biz satış klubu deyilik və komandamızı saxlayırıq. 6-7 il bu komandada oynayan futbolçumuz var. Onlar istedadlarına görə burada qalırlar. Azərbaycanda ən yaxşı maaş bizdədir. Bu səbəbdən meydançada da bir-birimizi anlayırıq”.
 
Futbolçu müqavilə müddətindən də söz açıb: “Hazırda 6 aylıq müqaviləm qalır. Klubla heç bir şeyi müzakirə etməmişik. Mənim rəhbərim mənimlə xoşbəxt olduğunu və bayram tətilindən sonra masaya oturacağımızı deyib. Yaxşı bir təklif olmasam da, “Qarabağ”da karyeramın ən yaxşı günlərini yaşayıram. Ailəm burada xoşbəxtdir. Müqaviləmizdə razılıq olsa, Azərbaycan qalacağam”.
 
RePost.Az

Baxış sayı: 5119 | Tarix: 22.11.2017
Bizi Telegramda izləyin: @repostaz