Azərbaycanda 2017-ci il ərzində minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə 7,1% artıb.
Minik avtomobillərinin ehtiyat hissələri ötən il ərzində 11,9%, velosiped isə 13,3% bahalaşıb.
Hesabat ilinin dekabr ayında əvvəlki ayla müqayisədə minik avtomobillərinin qiymətləri dəyişməz qalıb, ehtiyat hissələri və velosipedlərin qiymətlərində 0,1% artım qeydə alınıb.
Qeyd edək ki, 2017-ci ildə illik inflyasiya 12,9%, 2017-ci ilin dekabrında aylıq inflyasiya isə 0,5% olub.
RePost.Az