CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 72,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,77 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
Sonuncu dəfə Azərbaycan neftinin qiyməti 2014-cü il dekabrın 3-də 72 dollardan yuxarı olmuşdu (72,56 dollar).
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 71,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 25-də 68,53 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 25-də 70,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.
 
RePost.Az

Baxış sayı: 5366 | Tarix: 26.01.2018
Bizi Telegramda izləyin: @repostaz