Xəbər verdiyimiz kimi, bir neçə saat öncə məşhur cərrah, mama-ginekoloq Səbinə Mirzəyeva təzyiqi qalxdığından beyninə qan sızıb və vəfat edib.
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki. Səbinə Mirzəyevanın cənazəsi evinə gətirilib.
Mərhumun ölüm xəbərini alan yaxın ətrafı Səbinə Mirzəyevanın yaşadığı ünvana yollanıb. Onlar arasında Milli Məclis sədrinin müavini Bahar Muradova, millət vəkili Qənirə Paşayeva və ölkəmizin tanınmış həkimləri var.
Mərhum sabah günorta saatlarında "Qurd qapısı" qəbirstanlığında torpağa basdırılacaq.
Allah rəhmət eləsin!
RePost.Az