Azərbaycan yol hərəkəti haqqında Vyana konvensiyasını qəbul edib. Və bu konvensiyaya uyğun olaraq konvensiya iştirakçıları bir-birilərinin sürücülük vəsiqələrini qəbul edirlər. 

RePost.Az avtostop.tv-yə istinadən xəbər verir ki, Azərbaycanın sürücülük vəsiqəsi keçərli sayılmır. Sadə bir səbəbə görə.

Azərbaycan Respublikasının sürücülük vəsiqəsi

Halhazırda bizdə vəsiqə bu nümunədə olduğu kimidir. Lakin bu nümunə 29 mart 2011-ci ildən qüvvədə deyil. Yalnız 29 mart 2011-ci ilə qədər verilən vəsiqələr bitmə vaxtına qədər qüvvədə olur. 29 mart 2011-ci ildən sonra verilən vəsiqələr yeni nümunədə olmalıdır. Mən marağa Rusiya, Belarus və Qazaxıstan sürücülük vəsiqəsini də bu məqaləyə əlavə edəcəm. Bizim vəsiqəmiz konvensiyanın müddəaları dəyişsə də dəyişməyib.

Yol hərəkəti haqqında Vyana konvensiyasının 41-ci bəndinə 6 saylıə əlavəyə əsasən sürücülük vəsiqəsinin ön hissəsində bəndlər bu cür olmalıdır:

1 soyad
2 Ad (və ya digər adlar)
3 Doğum tarixi və yeri
4 a) Vəsiqənin verilmə tarixi
4 b) Vəsiqənin bitmə tarixi
4 c) Vəsiqə verən orqanın adı və möhürü
5 vəsiqənin nömrəsi
6 Vəsiqə sahibin fotosu
7 Vəsiqə sahibinin imzası

8 Yaşayış yeri

9 Vəsiqə sahibin kateqoriyası və altkateqoriyalar
10 Hər bir kateqoriya üçün ayrıca verilmə tarixi
11, 13, 14 kateqoriyalar üzrə əlavə məlumat, yaşayış yeri dəyişərsə onun üçün əlavə məlumat, yol hərəkəti təhlükəsizliyi ilə bağlı digər məlumatlar
12 Xüsusi qeydlər

Belarus Respublikasının sürücülük vəsiqəsi

6 saylı əlavəyə əsasən sürücülük vəsiqəsində ad və soyad mütləq latın qrafikası ilə yazılmalıdır. Əgər mənsub ölkəsində latın qrafikası mövcud deyilsə və ya oxunma hərifəri düzgün gəlmirsə, o zaman bu informasiyalar transkript edilməlidir. Məsələn : Əliməmməd Əliyev Əli - Alimammed Aliyev Ali olaraq mütləq təkrarlanmalıdır.

Qazaxıstan Respublikası sürücülük vəsiqəsi

Göründüyü kimi ətraf respublikalar yeni nümunəli sürücülük vəsiqəsindən istifadə etsələr də, bizdə bu sürücülük vəsiqələri dəyişdrilməyib. Baxmayaraq ki, Vyana konvensiyası bu vəsiqələrin dəyişdirilməsini, həmçinin 6 saylı əlavəyə uyğun aparılmasını məcbur edir. Bax bu sadə bir səbəbdən Azərbaycan Respublikası sürücülük vəsiqələri xarici ölkələrdə keçərli deyil. 

Bəs nə etmək lazımdır? Saytımızda xüsusi ərizə formasını yükləyərək, onu Daxili İşlər Nazirliyi BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova göndərin. YHQ-nun 35-cü maddəsinə əsasən sürücülük vəsiqəsində aşkara çıxarılan səhvlər BDYPİ-nin hesabına aradan qaldırılmalıdır. 

Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.


Beləliklə sürücülük vəsiqənizi dəyişdirilməsi ilə bağlı həm YHQ -nun 34-cü maddəsi, həm də konvensiyaya uyğun olaraq 6 cı əlavəyə uyğun yeni vəsqələr əlavə qüvvəyə mindikdən 5 ildən gec olmayaraq, yəni 29 mart 2016-cı ildən sonra verilən bütün vəsiqələr dəyişdirilməlidir.

RePost.Az


Baxış sayı: 5974 | Tarix: 03.04.2018
Bizi Telegramda izləyin: @repostaz