Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.
RePost.Az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda xatırladılıb ki, “Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
RePost.Az