Əfqanıstanda yerli sakinlər ərzaq mağazasına tək gedən qadının başını kəsiblər.
RePost.Az xəbər verir ki, hadisə "Taliban" qruplaşmasının nəzarət etdiyi Sar-e-Pur əyalətində baş verib. Məlumata görə, başı kəsilən sakin "Taliban"ın qadınların mağazaya həyat yoldaşları olmadan getməsinə tətbiq etdiyi qadağanı pozub. Ona görə də, əli silahlı bir neçə kişi onun qarşısını kəsərək qətlə yetirib.
Taliban hadisəyə görə, məsuliyyəti öz üzərinə götürüb.
RePost.Az