“Bakının Müşfiqabad qəsəbəsində bir sutkadır işıqlar yanmır”.
 
Bu barədə RePost.Az-a yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, qışda elektrik enerjisi ilə bağlı heç bir problem olmasa da, havalar isinən kimi Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış Massivində həftədə ən azı bir dəfə fasilələrlə elektrik enerjisinin verilişi dayandırılır. Hətta bəzən 12-14 saat elektrik enerjisinin verilişi bərpa olunmur. 
 
Ötən gecə saat 23:00 radələrindən kəsilən elektrik enerjisinin verilişi isə hələ də bərpa olunmayıb. “Azərişıq”ın qəsəbə üzrə nümayındələri əvvəlcə hadisədən xəbərsiz olduqlarını desələr də, bir müddət sonra Faiq (?) adlı mühəndis RePost.Az--ın əməkdaşına kabelin partladığını, hazırda təmir işləri görüldüyünü bildirib. Onun sözlərinə görə, qəsəbəyə elektik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq.
 
Daha əvvəlki həftələrdə elektrik enerjisinin saatlarla kəsilməsinə gəlincə, Faiq (?) bunu transfarmatorların yağının dəyişdirilməsi ilə izah edib.
 
RePost.Az
 

Baxış sayı: 2136 | Tarix: 23.05.2018
Bizi Telegramda izləyin: @repostaz