Xəbər verdiyimiz kimi, gələn aydan etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq.
 
Yeni əskinasın Azərbaycan iqtisadiyyatında və maliyyə bazarına təsirləri barədə “Qafqazinfo”ya danışan iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu addıma əslində elə də ehtiyac yox idi.
 
Ekspert 200 manatdan daha çox 2 və ya 3 manatlıq əskinasa ehtiyacın olduğunu söyləyib:
 
“1 və 5 manatalıq əskinaslar arasında heç bir pul vahidi yoxdur. Ona görə də bazarda müəyyən çətinliklər yaşanır. Məhz buna görə də 2 və ya 3 manatlıq əskinas dövriyyəyə buraxılsa yaxşı olar”.
 
S.Əliyev 200 manatlıq əskinasın milli valyutamızın dəyərini təsir etməyəcəyini, bunun fonunda da devalvasiya riskinin gözlənilmədiyini sözlərinə əlavə edib.
 
İqtisadçı ölkədə nəğdsiz ödənişlərin tətbiqi istiqamətində təbliğat aparıldığı bir zamanda daha yüksək nominalda əskinasın buraxılmasını da bu məqsədə uyğun hesab etmədiyini söyləyib. O, yeni əskinasın sadəcə yığımı asanlaşdıracağını bildirib.
 
Qeyd edək ki, 200 manatlıq əskinas iyundan etibarən dövriyyəyə buraxılacaq.
 
RePost.Az

Baxış sayı: 4891 | Tarix: 23.05.2018
Bizi Telegramda izləyin: @repostaz