Qazaxıstanın Şımkent şəhərindəki "Ayyaulım" restoranındakı toyda dava düşüb.
 
Milli.Az bildirir ki, içib sərxoş olmuş tamada "bəy tərifi" deyəndə bəy sinirlənib və tamadaya söyüb. Təhqir olunan tamada da bəyə hücum edib, dava başlanıb.
 
Dalaşanları hadisə yerinə çağırılmış polis ayırıb. Toydakı qonaqlardan 12 nəfər, habelə bəy və tamada polis idarəsinə aparılıblar.
 
RePost.Az


Baxış sayı: 3846 | Tarix: 29.12.2016
Bizi Telegramda izləyin: @repostaz