"Şəfəq" və "Asiman" yataqlarında, Abşeron yarımadasının dayaz sulu hissəsində kəşfiyyat işlərinin planlaşdırılması karbohidrogen ehtiyatlarının olması ilə bağlıdır".
 
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən  “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.
 
"Kondensat potensialı "Şahdəniz", "Babək", "Ümid" strukturlarında gələcəkdə də neft hasilatının əldə olunmasına ümid verir. Bunlar bir daha ölkənin neft ehtiyatlarının, hətta XXI əsrin ikinci yarısında da tükənməyəcəyini söyləməyə əminliklə imkan verir",- deyə P.Şahbazov vurğulayıb.
 
RePost.Az

Baxış sayı: 5917 | Tarix: 30.05.2018
Bizi Telegramda izləyin: @repostaz