Hepatit sakit,  mehriban qatil kimi tanınır. Uzun müddət ciddi əlamətlər, şikayətlər vermir. Amma heç olmasa başlanğıcda hepatiti yaxalaya bilsəz, diaqnoz qoyulsa, vəziyyət dərinləşmədən və digər orqanlar zərər görmədən müalicə olunmaq mümkündür.
 
RePost.Az medicina.az-a istinadən hətta hər insanın özünü də hepatit olub -olmamağını bəlli edəcək 5 əsas simptomu təqdim edir:
 
1.Qızdırma, titrətmə
 
Orqanizm virusla mübarizə apardıqda, hərarət qalxır, titrətmə, üşümə olur, xüsusən gecələr tərləmə artır. Hərarəti ölçdükdə elə də yüksək rəqəm göstərməyə bilər.
 
2.Dəridə güclü qaşınma
 
Dəri səthində heç bir zədə, səpki və s. zahiri problem olmadan dayanmaq bilməyəb qaşınma. Səbəbi qaraciyər bilirubin mübadiləsini saxlayır, bilirubin artır. Bu da dəriyə qaşıntı verir.
 
3. Sidik və nəcisin rəngi
 
Hepatitdə sidik tündləşir, tünd qəhvəyi, tünd bulanıq rəng alır. Nəcis isə əksinə açıq rəng olur, hətta ağarır.
 
4.Dərinin və gözlərin dibinin saralması
 
Dəri saralır, əllərin içi sarı olur, göz bəbəyi saralır. İlkin mərhələdə bu sarılıq çox cüzi olur, amma peşəkar həkim gözü ilə bu fərqi görəcək.
 
5. Aclıq və dadbilmə  hissinin itməsi
 
Hepatitli insanın nəinki iştahı küsür, həmçinin bəzi baza dadlarını hiss etmir: şirin, acı, turş. Yedikləri ona dadsız gəlir. Saatlarla acımır.
 
RePost.Az

Baxış sayı: 7380 | Tarix: 11.07.2018
Bizi Telegramda izləyin: @repostaz