Şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) tarifi məlum olub
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev RePost.Az-a bildirib ki, 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.
 
Onun sözlərinə görə, “28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.
 
RePost.Az

Baxış sayı: 3675 | Tarix: 01.08.2018
Bizi Telegramda izləyin: @repostaz