Azərbaycan həm orta, həm də ali təhsil elektronlaşır. Bunun üçün artıq Strateji Yol Xəritəsi də hazırdır.
RePost.az rəqəmsal təhsil konsepsiyası sənədi adı ilə həyata keçiriləcək dəyişikliklər təhsildə informasiya texnologiyalarının tətbiqi baxımından böyük dönüş yaradacaq. Bu isə şagird və tələbələrin işini asanlaşdıracaq.
Azərbaycanda rəqəmsal təhsil konsepsiyası hazırlanacaq. Bu "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə öz əksini tapıb.
Rəqəmsal təhsil sahəsində atılacaq addımlardan biri də bütün məktəblərin elektron təhsillə əhatə olunmasıdır. Bunun üçün artıq ilkin işlərin görülməsi başa çatıb. Növbə bu sistemi bütün məktəblərdə vahid mərkəzdən idarə olunmaqla tətbiq etməkdədir.
Ekspert Tural Əliyevin sözlərinə görə rəqəmsal təhsil ali təhsil sistemində də tətbiq olunacaq. Bu zaman isə artıq dərsliklərin elektron bazasının yaradılması deyil, univeristetlərdə xarici ölkələrdəki onlayn pulsuz kursların təşkil edilməsi gözlənilir.
Bundan başqa Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək. Rəqəmsal təhsilin tətbiqinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.