“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv səfərdə Belarus BATE-si ilə üz-üzə gəlib.
“Borisov Arena”dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
İlk oyunda rəqibinə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi Çempionlar Liqası ilə vidalaşıb. “Qarabağ” Avropa Liqasının “play-off” mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
RePost.Az