Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib.
 
RePost.Az ın məlumatına görə, bu, iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur.
 
İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb.
 
İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib.
 
RePost.Az

Baxış sayı: 4530 | Tarix: 03.09.2018
Bizi Telegramda izləyin: @repostaz