Banklarda biznes və korporativ kartlar üzrə nağdlaşdırma əməliyyatları dayandırılıb.
 
Banklardan fins.az-a daxil olan məlumatlara görə, bu, Vergi Məcəlləsinə edilən dəyişikliyin 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədardır.
 
Xatırladaq ki, yanvarın 1-dən hüquqi və ya fiziki şəxs olan sahibkarlar bank hesabındakı pulu nağdlaşdırdıqda sadələşdirilmiş vergi tutulacaq. Bu funksiyanı banklar yerinə yetirəcək.
 
Banklarda isə hələki belə avtomatik sistem qurulmayıb. Ona görə də ötən həftədən banklarda nağdlaşdırma müvəqqəti dayandırılıb. Hazırda banklar həmin sistemin qurulması ilə məşğuldurlar. Kart hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1 faizlik vergini avtomatik tutmaq üçün yeni sistem qurulduqdan sonra əməliyyatlar bərpa ediləcək.
 
Bankların bəziləri artıq yeniliyə hazır olduqlarını bildiriblər. Ancaq əksəriyyəti bu həftə ərzində  yeni sistemi işə salacaqlarını bildiriblər.
 
RePost.az
 

Baxış sayı: 4245 | Tarix: 09.01.2017
Bizi Telegramda izləyin: @repostaz