"Universal Basic Income"ı bu ildən işə düşür
 
Üç ölkənin vətədaşları bu ildən başlayaraq hr ay 560 avro pul alacaq. RePost.az-ın "Milliyət"ə istinadla verdiyi məlumata görə, Finlandiyanın rəhbərliyi ilə başlayan, gəlirindən, məskunlaşdığı yerdən asılı olmayaraq bütün vətəndaşlara müəyyən miqdarda maddi yardım sistemi olan "Universal Basic Income" (UBI) 2017-ci ildən test mərhələsinə başlayır. Sistem ilk olaraq Finlandiya, Kanada və Şotlandiyada işə salınacaq.
 
İki illik pilot proqram çərçivəsində ilk olaraq 25-58 yaş arası işsizlər dövlətdən yardım alacaq. Aylıq gəliri olan şəxslər iş tapsalar belə bu məbləği almağa davam edəcəklər.
 
Şotlandiyanın Finlandiyanın bu proqramına qoşulmasına səbəb son illərdə səhiyyə sistemindəki bərabərsizlik, yoxsulluğun artması olub.
 
Qlobal sabit gəlir sistemi bütün vətəndaşlara müəyyən sabit maddi gəlir təmin etmək məntiqi üzərində qurulub. Proqram sənayeləşmənin artması ilə robotların insanların işlərini əllərindən aldığı bir dövrdə insanların ən əsas ehtiyaclarını qarşılamaq üçün gəlir əldə etməsini təmin edəcək. 
 
RePost.az

Baxış sayı: 4188 | Tarix: 09.01.2017
Bizi Telegramda izləyin: @repostaz