"Qara qızıl”ın qiymətinə İranın xammalın ixracını artırması və ABŞ-da qazma qurğularının sayının çoxalması təsir edib
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
RePost.az Bloomberg-ə istinadən xəbər verir ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 2,33% ucuzlaşaraq 55,77 dollar təşkil edib. WTI markalı neftin qiyməti isə 2,41% azalaraq 52,68 dollara satılıb.
Reuters qeyd edir ki, "qara qızıl”ın qiymətinə İranın xammalın ixracını artırması və ABŞ-da qazma qurğularının sayının çoxalması təsir edib.
RePost.az