"Toppuş bacı" kimi tanınan aktrisa Tünzalə Əliyevanın daha bir yalanı üzə çıxıb.

RePost.Az "Ölkə.Az"a istinadən xəbər verir ki. aktrisa təxminən beş ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Məhz həmin ərəfədə o,  mədəkiçiltmə əməliyyatı üçün Fərid Rəfiyev adlı bariatrik cərraha müraciət edib. Ancaq F.Rəfiyev aktrisaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxs üçün belə bir əməliyyatın əks-reaksiyaya səbəb olduğunu bildirərək, bu əməliyyatı boynuna götürməkdən imtina edib. T.Əliyeva sonradan Tariyel Ömərov adlı həkimə müraciət edib və mədəsini kiçiltməyə nail olub. 
 
Qeyd edək ki, T.Əliyeva televiziyadakı çıxışlarında və mətbuatda verdiyi açıqlamalarda xəstəliyinə səbəblərdən biri kimi mədəkiçiltmə əməliyyatını göstərirdi. Halbuki aktrisa mədəkiçiltmə əməliyyatı keçirərkən onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilirmiş. Ancaq özü əks-göstəriş olduğunu bilə-bilə mədəkiçiltmə əməliyyatına razılıq verib.
 
Xatırladaq ki, aktrisanın digər yalanı "Bizimləsən" verilişində keçirilən aksiyayla bağlı olmuşdu. Pulu xəstəliyi üçün yığdığını deyən aktrisa sonradan  ipoteka borcunu bağlamaq niyyətində olduğunu etiraf etmişdi. 
 
RePost.Az

Baxış sayı: 4739 | Tarix: 29.10.2018
Bizi Telegramda izləyin: @repostaz