Bir neçə gün bundan öncə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində xəyanət üstündə baş verən döyülmə hadisəsinin yeni təfərrüatları məlum olub.
 
RePost.Az A24.Az-a istinadən xəbər verir ki, yerli sakin Həsənov Elşad Yusif oğlu əmisinin gəlini ilə intim əlaqədə olduğuna görə qadının əri Həsənov Əli və onun qardaşları tərəfindən döyülüb. Belə ki, Əli Həsənovun həyat yoldaşı ilə Elşadla yanaşı, onun kiçik qardaşı Rəşad Həsənov da mütəmadi olaraq cinsi əlaqədə olublar. Həyat yoldaşına ərinin əmisi oğlanları ilə xəyanət edən qadın buna məcbur edildiyini bildirib. O qeyd edib ki, əvvəllər onunla cinsi əlaqədə olan E.Həsənov onu qardaşı R.Həsənovla da intim əlaqəyə girməyə məcbur edib. Əks halda, onu kənddə biabır edəcəyi ilə şantaj edib.
 
Şantaja məruz qalan qadın isə qardaşların onunla cinsi əlaqədə olmasına razılıq verib. Daha sonra əlbir olan qardaşlar qadını onunla intim həyat yaşamadığı halda, övladlarını öldürəcəkləri ilə hədələyiblər.
 
Məlumatda bildirilir ki, qadın artıq atası evinə yollanıb. O, əvvəl doğulduğu Göygöl rayonunun Topalhəsənli kəndindəki atası evinə gedib. Daha sonra qardaşının onu öldürəcəyi barədə xəbərdarlığını eşitdikdə, qohumlarının köməkliyi ilə Gəncə şəhərində yaşayan digər yaxıbnlarının evinə gedib. Onun iki azyaşlı övladı isə ərinin dayısının evində yaşayır.
 
E.Həsənovun hazırda kənddə yaşadığı bildirilir. Hadisədən sonra E.Həsənovun həyat yoldaşının da Gədəbəy rayonundakı atasının evinə qayıtdığı vurğulanır. Qeyd olunur ki, qadın bundan sonra E.Həsənovla birlikdə yaşaya bilməyəcəyi üçün bu addımı atıb. O, uşaqlarını ərinin evində qoyaraq tərk edib.
 
"Əli evə gələndə, həyat yoldaşının telefonuna mesaj gəldiyini görüb. Mesajın göndərildiyi nömrənin Elşada aid olduğu biləndə, arvadına heç nə deməyib. Əmisinin arvadına, yəni Elşadın anasının yanına gedib deyib ki, bəs, oğlun belə bir iş görüb. Anası da deyib ki, mənim elə bir oğlum yoxdur, nə edirsinizsə, edin”, – deyə mənbə redaksiyamıza bildirib.
 
Qeyd edək ki, bir neçə gün bundan öncə Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini  Ə.Həsənov qardaşları ilə birlikdə kənd sakini E.Həsənovu soyunduraraq onun əyninə qadın paltarları geyindiriblər. Daha sonra onu ağır işgəncələrə məruz qoyaraq döyüblər. Dekabrın 12-də Ə.Həsənov qardaşları ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az


Baxış sayı: 5708 | Tarix: 21.12.2018
Bizi Telegramda izləyin: @repostaz