Yasamal rayonu ərazisində salınan yeni yolda problem yaranıb.
 
Yasamalada yerləşən “ASAN xidmət”in yaxınlığından keçən və A.M.Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni yoldan su çıxır.
 
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYD) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə kanalizasiya lükü daşıb:
 
“Ərazidə qoyulan kanalizasiya sistemi dolub və su lükdən çölə daşıb. Lükün içərisini təmizlədikdən sonra yenidən qapağı bağlanacaq ki, yolda heç bir problem yaşanmasın”.
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 01.02.2019
Bizi Telegramda izləyin: @repostaz