Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb.
 
RePost.Az-ın məlumatına görə, qiyməti iki manata qədər olan siqaretlərin hər bir qutusunda 20 qəpik, iki manatdan baha olan siqaretlərdə 30 qəpik artım qeydə alınıb.
 
“Japan Tobacco İnternational”dan saytımıza bildirilib ki, siqaretin qiymətinin qalxması aksiz vergisi ilə bağlıdır:
 
“2019-cu ildən başlayaraq, tütün və tütün məmulatlarına qoyulan aksiz vergisi qalxıb. Yanvarın 1-dən yerli istehsal olan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 20 manata qədər artırılıb. Eyni zamanda, fevralın 8-dən idxal olunan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 28 manata qədər artıb”.
 
RePost.Az

Baxış sayı: 3694 | Tarix: 18.02.2019
Bizi Telegramda izləyin: @repostaz