Azərbaycan Prezidenti İlham Əliyev problemli kreditlərlə bağlı fərman imzalayıb.
 
RePost.Az yenicag.az-a istinadla xəbər verir ki, iqtisadçı Natiq Cəfərli fərmanı şərh edib.
 
Azərbaycan Prezidenti İlham Əliyev problemli kreditlərlə bağlı fərman imzalayıb.O, vətəndaşları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib:
 
“Fərmanda ancaq fiziki şəxslərin borcları ilə bağlı məqam yer alıb. Bu hüquqi şəxslərə aid deyil. Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək. Ediləcək yardım da 5 min dollara qədərdir.
 
Hazırda problemli kreditlərin sayı 700 minə yaxındır. Bu təqribən 1,8 milyard manat edir. Hüquqi şəxslərlə bağlı fərmanda heç bir müddəa yoxdur. Əslində, problemli kreditlər tam ödənilmir. Vətəndaş 0.78-lə kredit götürmüşdüsə, kredit borcunu ödəməlidir. Devalvasiya nəticəsində dəymiş ziyanı isə dövlət ödəyəcək. 1.05-lə götürülən kreditlər isə elə 1,05-lə ödəniləcək. Yeni məzənnənin fərqini dövlət öz üzərinə götürüb.
 
Bu fərman ikinci devalvasiyadan sonra götürülən kreditlərə şamir edilmir”.
 
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, fərmana əsasən 10 min ABŞ dollara qədər olan borclara güzəştlər tətbiq ediləcək. Bu zaman iki müddət bir-birindən ayrılır.
 
 
"Bunlar 2012-ci il yanvarın birindən 2015-ci il fevralın 21-dək olan müddətdir. Bu müddətdə götürülən kreditlərə hər dollarına 0,25 AZN güzəşt tətbiq ediləcək.
 
Məsələn vətəndaş birinci devalivasiyaya qədər 10 min dollar kredit götürüb, onun məbləği birinci devalivasiyada 10 min 500 manata qədər qalxdı. Həmin puldan 2500 manat azaldılacaq.
 
8 min manat güzəştin tətbiq edilməsi nəzərdə tutulub, nəticə etibarilə bu imkan verəcək ki, artıq o, həmin mənləği 8 min manat kim hesablansın. 
 
2015-ci ilin fevralın 21-dən həmin ilin dekabr ayının 21- nə qədər olan kreditlərə tətbiq edilən güzəşt 60 qəpikdir. Hər dollara 60 qəpikdən 10 min dollara 6 min manat tətbiq edilir. Həmin məbləği götürən vətəndaşlar 6000 manat güzəşt tətbiq ediləcək. 
 
Güzəştlər fiziki şəxslər üçündür. Bu müddətdə tətbiq edilən cərimələr tamamilə silinəcək. Eyni zamanda fərmana əsasən bu gün məhkəmələrdə olan kreditlərlə bağlı işlərin icrası dayandırılır.
 
Dollarla bağlı yaranmış fərqlər dövlət tərəfindən ödənilir və digər hissənin məbləğin ödənilməsi üçün vətəndaşlar banklardan 5 il müddətinə 1 faizlə kredit götürə biləcəklər. Bununla da vətəndaşlar banklardan manatla kredit götürə biləcəklər və bundan istifadə etməklə qalan öhdəlikləri yerinə yetirə biləcəklər.
 
Qeyd etmək istərdim ki, bütün dövrlər üçün hesablanmış güzəştlər bizim hökumətə tətbiq etdiyimiz mexanizmlər əsasında hesablanıb", - deyə Vüqar bayramov bildirib.
 
iqtisadçı ekspert Rövşən Ağayev isə bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən güzəşt 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq.
 
 
Ekspert bildirib ki, güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq.
 
“Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür. Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinəcək.
 
2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödəniləcək. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək.
 
Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır.
 
Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək.
 
Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub.
 
Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödəniləcək”.
 
Ekspert bildirib ki, devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılacaq.
 
Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə modern.az-a deyib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
 
"Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyaları ilə bağlı ayrıca bəndlər nəzərdə tutulub.
 
Birinci devalvasiyadan sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib. İkinci devalvasiyadan sonra artan hissə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib.
 
Fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən borcun artan hissəsinə güzəşt edirlər”.
 
Parlamentarinin sözlərinə görə, eyni zamanda bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına göstərişlər verilib:
 
"Bu qurumlara 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın. Bank sisteminin kapitallaşamsı təmin olunsun, banklar normal fəaliyyət göstərə bilsin.
 
Burada banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş
 
və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən ediləcək. Bu siyahı müəyyən edildikdən sonra isə fərmanın icrasına başlanılacaq”.
 
Prezidentin bu fərmanı əsas borcu 10 min dollara qədər olan kreditlərə şamil edilir və bir nəfərə ümumi yardımın məbləği 5 min dolları keçməyəcək.
 
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ilkin olaraq fərman ancaq fiziki şəxslərə və dollarla krediti olan şəxslərə aid edilir:
 
RePost.Az

Baxış sayı: 3884 | Tarix: 28.02.2019
Bizi Telegramda izləyin: @repostaz