RePost.Az-ın məlumatına görə, Şirazda onlarla avtomobil sel sularının altında qalıb, bir neçə nəfər itkin düşüb.
Fars əyalətinin başçısı Şiraz şəhər əhalisinə müraciət edib və insanları evlərindən çölə çıxmamağa çağırıb.
İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivəndinin sözlərinə görə, Şirazda sel fəlakəti nəticəsində ən az 11 nəfər ölüb, 35 nəfərdən çox insan yaralanıb.
Xatırladaq ki, Şirazla yanaşı, Luristan və Kermanşahda da analoji təbii fəlakət baş verib. Xuzistan, Tehran və başqa əyalətlərdə də sel təhlükəsinin yüksək olduğu bildilir.
İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.