Azercell mobil operatoru müşətilərin balansından əsassız yerə pul silir.

RePost.Az-ın məlumatına görə, bu barədə sosoail şəbəkədə jurnalist Sahilə Aslanova xəbər paylaşıb. Onun sözlərinə görə, heç bir xidmətdən istifadə etmədiyi hala mobil operator balansından 0,15 AZN silib. Operatorla əlaqə saxladıqda ona "zvuk" xidmətinə qoşulduğunu bildiriblər. 

"Azərcell məni xəbərsiz hansısa Zvuk tətbiqinə qoşub. Zəng etmişəm, deyir pulsuz kampaniyadır. Deyirəm axı hesabımdan pul çıxdı? Deyir, hə, pullu oldu sonra. Sizə sms gəlmədi? Bu qədər üzsüzlük yer üzü görməyib. Müştəridən xəbərsiz kampaniyaya əlavə et, sonra hesabından yenə xəbərsiz pul çıx, hələ bir de ki, "biz pullu olacağı haqda xəbərdarlıq etmişdik". Uzun çək-çevir, sübutlardan sonra məlum oldu ki, heç o xəbərdarlıq sms-i də göndərilməyibmiş. Təbii ki, etdikləri qanunsuzdur və çıxılan məbləğ geri qaytarıldı"

RePost.Az


Baxış sayı: 3447 | Tarix: 08.05.2019
Bizi Telegramda izləyin: @repostaz