Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze Tbilisidə baş verən kütləvi aksiyalar fonunda istefa verib.
RePost.Az-ın məlumatına görə, bu barədə gürcü mediası hakim "Gürcü Arzusu" partiyasına istinadən xəbər yayıb.
Məlumata görə, müvafiq qərar hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının iclasında qəbul edilib.
Görüşdə Azərbaycan səfərini yarımçıq kəsərək ölkəyə qayıdan Kobaxidzenin özü də iştirak edib. Rəsmi bəyanat yaxın saatlarda elan ediləcək.
Xatırladaq ki, ötən gecə Tiflisdə spikerin istefası tələbi ilə parlamentin önündə etiraz aksiyası keçirilib, Aksiya zamanı baryeri yararaq parlamentə daxil olmaq istəyən etrazçılar polis tərəfindən dağıdılıb.
RePost.Az