"Bu şəhərdə”nin senaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb.
 
Müşfiq Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, iyulun 10-da 3 il əvvəl 140 min manata aldığı mənzil Apelyasiya Məhkəməsinin çıxardığı qərara görə, onun mənzili əlindən alınaraq iddiaçı şəxslərə verilib:
 
"3 il əvvəl 140 min manat verib Həsənova Gülrux Sənan qızından ev almışam. Bütün sənədlər qaydasında idi və alqı-satqı notarial qaydada baş tutub. "Kupça"lı ev idi.  
 
Bir müddət keçdikdən sonra Həsənova Gülruxun xalası Həsənova Mehriban Həsən qızı evi məndən geri almaq üçün məhkəməyə müraciət etdi.
 
Səbəb isə bu idi ki, sözügedən mənzil Mehriban Həsənovanın həyat yoldaşı tərəfindən hədiyyə edilib. 
Yasamal rayon Məhkəməsi mənim xeyrimə qərar çıxardı. Lakin 10.07.19 tarixində Bakı Apellyasiya Məhkəməsi evi məndən geri alınıb onlara verilməsi ilə bağlı qərar çıxardı. 
 
Axı bu necə ola bilər? Prezidentimizin mülkiyyətlə bağlı Fərmanları qüvvəsiz, Azərbaycanda Dövlət Əmlak Komitəsinin verdiyi hər bir çıxarış da (kupça) hər an saxta sayıla bilər. Hər bir Azərbaycan vətəndaşının mülki əlindən alına bilər. 
 
Bu məntiqlə Azərbaycanda hər ehtimala qarşı hamı evini satıb kirayədə yaşamalıdır?"

Baxış sayı: 5879 | Tarix: 12.07.2019
Bizi Telegramda izləyin: @repostaz