UEFA Çempionlar Liqasının play-off mərhələsinin bütün iştirakçıları məlum olub.
RePost.Az xəbər verir ki, “Qarabağ” - APOEL (Kipr) oyunu ilə yanaşı, üçüncü təsnifat mərhələsinin daha 9 cavab matçı keçirilib.
UEFA Çempionlar Liqası:
“Rusenborq” (Norveç) – “Maribor” (Sloveniya) - 3:1 - ilk oyun - 3:1;
“Dinamo” (Ukrayna, Kiyev) – “Brügge” (Belçika) - 3:3 - ilk oyun - 0:1;
“Kopenhagen” (Danimarka) – “Srvena Zvezda” (Serbiya) - 1:1 (Pen 6:7) - ilk oyun - 1:1;
“Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:4 - ilk oyun - 1:1;
LASK (Avsrtriya) – “Bazel” (İsveçrə) - 3:1 - ilk oyun - 2:1;
“Olimpiakos” (Yunanıstan) – “Başakşehir” (Türkiyə) - 2:0 - ilk oyun - 1:0;
“Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan) - 3:2 - ilk oyun - 2:2;
“Seltik” (Şotlandiya) - ÇFR (Rumıniya) - 3:4 - ilk oyun - 1:1;
“Portu” (Portuqaliya) – “Krasnodar” (Rusiya) - 2:3 - ilk oyun - 1:0.
UEFA Avropa Liqası:
“Nomme Kalyu” (Estoniya) – “Düdelanj” (Lüksemburq) - 0:1 - ilk oyun - 1:3;
“Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) - 3:2 - ilk oyun - 2:1;
“Dandolk” (İrlandiya) – “Slovan” (Slovakiya) - 1:3 - ilk oyun - 0:1.
Beləliklə, qarşılaşmalardan sonra APOEL (Kipr), “Rusenborq” (Norveç), “Brügge” (Belçika), “Dinamo” (Zaqreb, Xorvatiya), LASK (Avsrtriya), “Olimpiakos” (Yunanıstan), “Ayaks” (Hollandiya), ÇFR (Rumıniya), “Krasnodar” (Rusiya) və “Srvena Zvezda” (Serbiya) komandaları UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.
“Düdelanj” (Lüksemburq), “Slovan” (Slovakiya) və “Linfild” (Şimali İrlandiya) isə UEFA Avropa Liqasının play-mərhələsində oynamaq hüququ qazanıblar.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırsa da, UEFA Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə (Şimali İrlandiya) qarşılaşacaq.