"Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Amma siz jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb".
 
RePost.Az xəbər verir ki, bu sözləri ATV-Xəbərə açıqlamasında Bakı meri Hacıbala Abutalıbov deyib. Bakı meri fövqəladə hadisələrdə jurnalistlərə də öz işlərini buraxaraq yardım etməyi tövsiyə edib: "Yaxşı oldu ki, Zabratın subasmasını görmədiz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?"
 
RePost.Az

Baxış sayı: 3580 | Tarix: 19.01.2017
Bizi Telegramda izləyin: @repostaz