Bu gün səhər saat 11:00 radələrində Bakıda sərniçin avtobusunda qalmaqal baş verib.

RePost.Az-ın məlumatına görə, bu barədə jurnalist Sahilə Aslanova Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, 35 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Bakıxanov qəsəbəsində iki azyaşlını təhqir edib.

Təxminən 9-10 yaşlarında olan azyaşlılar avtobusdan düşərkən pulları olmadığından iki nəfər 0,30 AZN gediş haqqı ödəyiblər. Bu zaman sürücü uşaqları təhqir edib. Uşaqlardan birinin təhqirlərə dözməyərək ağlaması avtobusdakı sərnişinlərin narazılığına səbəb olub. Onlar uşaqların təhqir olunmasını sürücüyə irad tutsalar da, o özünə haqq qazandırıb.

Hətta jurnalıist uşaqların gediş haqqını ödəsə də, sürücü təhqirlərini davam etdirib.

 


Baxış sayı: 3903 | Tarix: 04.09.2019
Bizi Telegramda izləyin: @repostaz