Azərbaycanlı kişi Nərgiz adlı özbək qızı zorlayıb.
RePost.Az xəbər verir ki, hazırda 7 aylıq hamilə olan Nərgiz onu zorlayan 31 yaşlı Anar İbrahimov olduğunu bildirib.
Hadisə 2016-cı ildə baş verib. 31 yaşlı Anar İbrahimov Nərgizi aldadaraq Özbəkistandan Azərbaycana dəvət edib. Daha sonra onun evli və iki uşaq sahibi olduğu ortaya çıxıb.
Özbək qız Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib. Nərgiz adıçəkilən şəxsin Bakıda tutduqları kirayə evdə onu zorladığını ağlayaraq danışıb:
"Mən ona demişdim ki, toya qədər mənə toxunmasın. Bakıda ev tutdu. Dərman verib mənimlə cinsi əlaqəyə girib. Bilməmişəm, xəbərim olmayıb. Mən qız uşağı idim, ərə getməmişəm. Atam baş həkim idi, özüm də universitetlər bitirmişəm. Axı ailəli adam mənim nəyimə lazım idi?!
Onun ailəli olduğunu bilmirdim. Onun ailəli olduğunu dostundan öyrəndim. Mən qadınam, hər şeyi normal istəyirdim".
Nərgiz deyir ki, onun başına gələnlər üzündən atası və anası vəfat edib. Anar mütəmadi olaraq onu döyüb-söyür, hətta ac-susuz saxlayır.
Qadının sözlərinə görə, Anar İbrahimov onun pullarını da əlindən alıb. Nərgiz deyir ki, Anar başqa qadınları da aldadır.//BAKU.WS