Ötən gün Rusiya hökuməti tam tərkibdə istefa verib. Rusiya Hökumətinin sədri Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra onunla görüşü zamanı hökumətin tam tərkibdə istefaya getdiyini bildirib.
 
RePost.Az-ın məlumatına görə, o vurğulayıb ki, Prezidentin müraciətində verdiyi təkliflər müzakirələrdən sonra həyata keçiriləcək, Konstitusiyanın bir neçə maddəsinə düzəlişlər olunacaq, bütövlükdə hakimiyyət balansında dəyişikliklər baş verəcək. Bu baxımdan hökumətin istefa verməsi məqsədəuyğundur.
 
Rusiya Prezidenti Vladimir Putin ölkənin keşmiş baş naziri Dmitri Medvedevə yeni vəzifə, yeni təsis olunan Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib.
 
Qeyd edək ki, D.Medvedev 8 ilə yaxın müddətdə Rusiya Hökumətinin sədri vəzifəsində çalışıb. Hazırda istefaya gedən hökumət 2018-ci ildə formalaşdırılıb. Onun tərkibində hökumət sədrinin 10 müavini, bir birinci vitse-prezident və 22 nazir var idi.
 
Putin baş nazir postunda isə Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustini görmək istəyir. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. M.Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Baxış sayı: 4169 | Tarix: 16.01.2020
Bizi Telegramda izləyin: @repostaz