Şəkinin Cəyir kəndində orta məktəb xarabalığı xatırladır.
Bu barədə kənd sakinləri kütləvi şəkildə BAKU.WS-in “qaynar xətti”nə şikayət ediblər.
Bildirilir ki, məktəb uzun illərdir bərbad vəziyyətdədir.
Şagirdlər burada təhsil almaq əvəzinə həyatla mübarizəylə məşğuldurlar.
Siniflərdə istilik sisteminin olmaması uşaqların tez-tez xəstələnməsinə səbəb olur.
Məsələ ilə bağlı Təhsil Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirdilər ki, məsələ ilə bağlı məlumatları var.
Növbəti illərin Dövlət İnvestisiya proqramlarında bu məsələyə baxılacaq.
Məktəbdən görüntüləri təqdim edirik.