Azərbaycanda koronavirus xəstələrinin bölgələr üzrə dəqiq təsnifatı yayımlanıb.
RePost.Az koronavirusinfo.az-a istinadən xəbər verir ki, pandemiyaya yoluxanlar ümumi xəstələrdən 149-u Bakı şəhərində qeydə alınıb.
Paytaxt rayonları üzrə ən çox xəstə Yasamal(27), Binəqədi (23), Nəsimi (23), Nərimanovun (19) payına düşür. Abşerondan xəstələrinin sayı 9, Sumqayıtda isə 6-ya bərabərdir.
Bakının digər rayonları üzrə göstəricilər belədir:
Xətai rayonu - 13, Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2
Qeyri-müəyyən - 6
Əyalətlərdə isə ən çox xəstə Lənkəranda (18) və Cəlilabaddadır (15). 98 nəfər koronavirusa yoluxan şəxs isə ölkə xaricindən gələnlərdir.
Digər bölgələr üzrə göstəricilər belədir:
Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.
Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.