"Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq".
 
RePost.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq.
 
"2019-cu ilin yekunlarına əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində yaranan 200 milyon manatlıq ehtiyat bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək".
 
O bildirib ki, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağını gözlənilir:
 
“Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. 
 
Nazir xatırladıb ki, mart ayında 2 milyon 300 mindən çox insanın sosial yönümlü ödənişləri Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub: “Hesab edirəm ki, aprel ayında da belə olacaq.

Baxış sayı: 3675 | Tarix: 07.04.2020
Bizi Telegramda izləyin: @repostaz