“Vəziyyətin daha sərtləşməsinə ehtiyac ola bilər. Faktlar göstərir ki, etmirik”.

RePost.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, bu dinamika qalarsa çox güman ki ayın 20-dən sonra nəinki uzadıla bilər hətta vəziyyət sərtləşdirilə bilər:

“Statistika göstərir ki, vətəndaşlar rejimə əməl etmirlər”.

Məlumat üçün bildirək ki, təkcə bu gün ölkədə daha 105 nəfər koronavirusa yoluxub. Koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Baxış sayı: 3352 | Tarix: 08.04.2020
Bizi Telegramda izləyin: @repostaz