Rusiyada tibb bacısı pasiyentlərin palatasına şəffaf kostyumda daxil olub.

RePost.Az “Tulskiye Novosti”yə istinadən xəbər verir ki, hadisə Tula Regional Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində baş verib.
Portalın məlumatına görə, onun hər kəsi şoka salan davranışı böyük müzakirələrə səbəb olub. Səhiyyə Nazirliyinin yerli bölməsindən xüsusi qoruyucu geyim geyinməyərək həm xəstələrin, həm də özünün sağlamlığını riskə atdığı üçün ona töhmət cəzası verilib və xəbərdarlıq edilib.

Tibb bacısı müdafiə geyimində çox isti olduğu üçün belə bir addım atdığını deyib. Lakin o, kostyumun bu qədər açıq-saçıq olduğunu bilmədiyini də etiraf edib.


Baxış sayı: 3200 | Tarix: 20.05.2020
Bizi Telegramda izləyin: @repostaz