İsrail Müdafiə Qüvvələri (IDF) İranın Kəşfiyyat Nazirliyinə hücumda ölən şəxslərin adlarını açıqlayıb.
 
Bu barədə IDF-in sosial şəbəkə hesabında məlumat verilib.
 
Məlumatda deyilir ki, kəşfiyyat nazirinin İsrail üzrə müavini Seyyid Yəhya Həmidi, casusluq diviziyasının rəhbəri Cəlal Purhüseyn və onların yanında olan digər kəşfiyyat rəsmiləri öldürülüb.
 
Bildirilib ki, qısa zaman əvvəl Kəşfiyyat Nazirliyinin binası hədəf alınıb.

Baxış sayı: 293 | Tarix: 02.03.2026
Bizi Telegramda izləyin: @repostaz