İrana hücum “12 günlük müharibə”dən fərqlənir. Birincisi, hücumun miqyası daha genişdir: məlumata görə, İranın 20 əyalətində hədəflərə zərbələr endirilib;
 
- təkcə hərbi obyektlər yox, hərbi-siyasi rəhbərliyin qərargahları, eləcə də mülki hökumət binaları da hədəfə alınıb;
 
- hədəflər arasında İranın enerji və lojistik infrastrukturu də yer alır;
 
- hərbi hücumlara paralel olaraq, kiberhücumlar da təşkil edilir;
 
Məqsəd İranın cavab imkanlarını məhdudlaşdırmaq, koordinasiyanı pozmaqla idarəetmədə xaos yaratmaq və rejimi küncə sıxışdırmaqdır.
 
İkincisi, 12 günlük müharibədən fərqli olaraq, bu dəfə birbaşa Xamenei ilk hədəflərdən birinə çevrildi: dini liderin qərargahının darmadağın edilməsi onun öldürülməsi qərarının verildiyi deməkdir və bu, rejim dəyişikliyi planının prioritet olduğunu göstərir;
Üçüncüsü, Tramp və Netanyahu “hakimiyyəti İran xalqına vermək istədiklərini” bəyan ediblər: əvvəlki müharibədə Təl-Əvivdən fərqli olaraq, Vaşinqton rejim dəyişikliyi məsələsində tərəddüd edirdi, indi mövqelər eyniləşib; 
 
Dördüncüsü, hücumların miqyası və Trampın açıqlamaları, xüsusilə İran xalqına “işimizi bitirəndə siz hakimiyyəti əlinizə alacaqsınız, bu son şansınızdır” müraciəti rejim devrilənə qədər müharibəni davam etdirmək istədiklərini göstərir;
 
Beşincisi, Vaşinqton və Təl-Əviv administrasiyaları bu hücumları İran planına nail olmaqda “sonuncu şans” kimi görürlər;
 
Bütün bunlar müharibənin daha uzunmüddətli olacağı gözləntilərini yaradır.
 
Asif Nərimanlı

Baxış sayı: 198 | Tarix: 28.02.2026
Bizi Telegramda izləyin: @repostaz