Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə RePost.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4 463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 5 052 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 386 898 test aparılıb.


Baxış sayı: 2193 | Tarix: 15.06.2020
Bizi Telegramda izləyin: @repostaz