"E-Təbib" tətbiqi ilə icazə almaq qaydaları müəyyənləşib.
 
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "E-Təbib" mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
 
- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
 
- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP" kodu daxil edilir;
 
- giriş etdikdən sonra "lisenziya razılaşma" bölməsinədaxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm" düyməsi sıxılır;
 
- "Bluetooth" və "GPS" sistemi işlək vəziyyətə gətirilir:
 
1. açılan əsas səhifədə "icazələr" bölməsinə keçd edilir;
 
2. tələb olunan "FİN" kodu və doğum tarixi daxil edilir;
 
3. icazənin növü seçilir (1 və ya 2);
 
4. "Göndər" düyməsi sıxılır;
 
- "Təsdiq" və ya "İmtina" mesajı gələnə kimi gözləmə
 
mesajı ekranda görünür;
 
- "Təsdiq" mesajı gəldikdən sonra icazə alınmış sayılır.".

Baxış sayı: 2326 | Tarix: 25.06.2020
Bizi Telegramda izləyin: @repostaz