Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
 
Bakı Nəqliyyat Agentliyindən RePost.Az-a verilən məlumata görə, Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı zolaqda 80 km/saatdan 60 km/saata endirilib.
 
Zığ dairəsi-Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.
 

Baxış sayı: 1566 | Tarix: 02.12.2016
Bizi Telegramda izləyin: @repostaz