Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür.
 
2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
 
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
 
Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.
 
Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.

Baxış sayı: 3219 | Tarix: 23.04.2024
Bizi Telegramda izləyin: @repostaz