Ağdam-Xankəndi dəmiryol xəttinin tikintisi üzrə layihələndirilmə işləri 81% yerinə yetirilib.
 
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
 
Hesabata əsasən, ötən ilin sonuna xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi 29% təşkil edib.
 
Sənədə əsasən, Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi" layihəsi çərçivəsində layihələndirilmə işləri 85%, tikinti üzrə fiziki tərəqqi isə 70% təşkil edib.
 
Belə ki, layihə üzrə 110,4 km ərazi minalardan təmizlənmiş və dəmiryol xəttinin 75,6 km hissəsində (yan yollarla birlikdə 87 km) işlər tamamlanıb. Layihə üzrə tikinti-quraşdırma işləri 3 mərhələdə icra edilir. I mərhələ (Horadiz, Yuxarı mərcanlı və Şükürbəyli stansiyaları-30 km) üzrə işlər 89%, II mərhələ (Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyaları-55 km) üzrə 80%, III mərhələ (Mincivan, Bartaz və Ağbənd stansiyaları-25,4 km) üzrə isə 47% yerinə yetirilib.
 
“Osmanlı-İmişli-Horadiz dəmiryol xəttinin layihələndirilməsi çərçivəsində layihənin Osmanlı-İmişli hissəsinin və Naxçıvan dəmiryol xətləri, enerji və rabitə işarəvermə sistemlərinin layihələndirilməsi və yenidən qurulması layihəsi üzrə layihələndirmə işləri başa çatdırılıb, İmişli-Horadiz dəmiryol xəttinin layihələndirmə işləri davam endirilib və tikinti-quraşdırma işlərinə başlanılıb”, - hesabatda bildirilir.

Baxış sayı: 350 | Tarix: 13.03.2026
Bizi Telegramda izləyin: @repostaz