Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarını ötüb.
“APA-Economics” xəbər verir ki, 3 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 656 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 20% çoxdur.
Belə dinamika İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatları fonunda müşahidə olunub.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.