TRIPP regional sülhü möhkəmləndirəcək.
APA xəbər verir ki, bunu Gürcüstanın keçmiş Baş nazir müavini Eka Tkeşelaşvili XIII Qlobal Bakı Forumu çərçivəsində Orta Dəhlizlə bağlı keçirilən panel müzakirəsində deyib.
“Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması çox mühüm hadisədir. İki ölkə arasında getdikcə etibar yaranır və artıq onlar ikitərəfli formatda danışıqlar apar bilirlər”, - Tkeşelaşvili qeyd edib.